XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 15:41

“Türkiyə müharibəyə gizli hazırlıq görür” – [color=red]Rusiyadan növbəti rəsmi ittiham

“Türkiyə-Suriya sərhəddində baş verənlər Ankaranın Suriyaya hərbi müdaxiləsi üçün intensiv hazırlığın getdiyini göstərir”.

“RİA Novosti”nin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

O, Rusiyanın buna şübhə etmək üçün ciddi əsaslara malik olduğunu bildirib: “Türkiyə Silahlı Qüvvələrinin Suriyaya ərazisində aktiv fəaliyyətinə gizli hazırlığın əlamətlərini getdikcə daha çox görürük”.

Konaşenkovun sözlərinə görə, bir müddət öncə Rusiya Müdafiə Nazirliyi dünya ictimaiyyətinə Türkiyə artilleriya qurğularının Suriyanın Latakiya bölgəsində yaşayış məntəqələrini atəşə tutmasını əks etdirən kadrları təqdim edib: “Bizi təəccübləndirən odur ki, Pentaqon, NATO və Suriyada insan haqlarını müdafiə edən təşkilatların nümayəndələri bu hərəkətlərə reaksiya vermək əvəzinə, hələ də susurlar”.

O, həmçinin xatırladıb ki, Rusiya Müdafiə Nazirliyi Yaxın Şərq regionunda kəşfiyyatı gücləndirib: “Əgər Ankarada kimsə Rusiya müşahidəçilərinin uçuşunu təxirə salmaqla nəyisə gizlətməyin mümkün olacağını düşünürsə, bu, qeyri-peşəkarlıqdır”.

APA