XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2019 - 17:21

Brexit üzrə müqavilə 3 gün ərzində səsverməyə qoyulacaq?- İngiltərə parlamenti təklifi rədd etdi

İngiltərə parlamenti Brexit üzrə müqavilənin üç gün ərzində səsverməyə qoyulması təklifini rədd edib.

308 deputat qərarın lehinə səs versə də, 322 millət vəkili onun əleyhinə olub.

Belə olan halda əgər Avropa İttifaqı Brexitin təxirə salınmasına razılıq verərsə, Baş Nazir Boris Conson erkən seçkilərin keçirilməsini istəyəcək. 48 saat ərzində belə bir qərar qəbul edilərsə, seçki üçün ən erkən tarix 28 noyabrdır.

Erkən seçkilərin keçirilməsi üçün isə 650 nəfərdən ibarət İcmalar Palatasının 434 nümayəndəsinin dəstəyinə ehtiyac var(azərtac).