XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 05:14

Prezident özünə və oğluna görə Konstitusiyanı dəyişir – [color=red]Referendum keçiriləcək

Tacikistanın Konstitusiya Məhkəməsi ölkə parlamentinin təklif etdiyi dəyişikliklərə razılıq verib. Bu o deməkdir ki, Konstitusiyaya ölkə başçısı İmomali Rahmonın 2020-ci ildə prezident seçkilərinə namizədliyini irəli sürməsinə imkan verən düzəlişlər ediləcək.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, düzəlişlərdən sonra Konstitusiyada prezidentlik müddəti ilə bağlı belə bir müddəa yer alacaq: «Məhdudiyyətlər sülhün və milli birliyin qurucusuna – Millətin liderinə (İmomali Rahmon) şamil edilmir».

Daha bir dəyişiklik prezidentliyə namizədin yaş senzi ilə bağlıdır. Artıq prezident postuna iddia etmək üçün namizədin əvvəllər olduğu kimi 35 yox, 30 yaşının olması kifayət edəcək. Bu o deməkdir ki, 2020-ci ildə İ.Rahmonun böyük oğlu Rustam də prezidentliyə namizəd ola bilər. Həmin vaxt Rustam Rahmonın 33 yaşı olacaq.

Konstitusiyaya dəyişiklik parlament tərəfindən təsdiqlənəndən sonra ölkədə ümumxalq referendumu keçiriləcək. 

Qeyd edək ki, İmomali Rahmon Tacikistana 1992-ci ildən rəhbərlik edir.