XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 October 2019 - 19:04

NATO üzv dövlətlərə çağırış edib- Ukraynaya hərbi yardımların artırılması ilə bağlı

NATO-ya üzv dövlətlər Ukraynaya hərbi yardımları artırmalıdır.

Azərtac xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Minsk sazişinin icrasında irəliləyişlərin olduğunu, xüsusən saxlanılanların dəyişdirildiyini vurğulayan Y.Stoltenberq NATO nümayəndələrinin Ukraynaya səfərindən danışaraq deyib: “Bir neçə gündən sonra NATO nümayəndələri Prezident Zelenski və hökumətindən məlumat almaq üçün Kiyevə və Odessaya gedəcəklər. NATO-nun Ukraynaya necə dəstək verəcəyi barədə fikir mübadiləsi aparacağıq. Bu gün Ukrayna üçün daha çox nə edə biləcəyimizi düşünürük”.

NATO nümayəndələri oktyabrın 30-31-də Ukraynaya səfər edəcək, Odessada və Kiyevdə bir sıra görüşlər keçirəcəklər.