XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2019 - 20:10

Sergey Verşinin:"Rusiya ilə Türkiyənin Suriyada birgə patrul xidməti qeyri-müəyyən müddətlidir"

Suriyanın şimal-şərqində Rusiya ilə Türkiyə arasında birgə patrul xidməti haqqında əldə olunan razılaşmalar qeyri-müəyyən müddətlidir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Xatırladaq ki, ötən gün iki ölkə prezidentləri – Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında imzalanmış 10 bəndlik anlaşma memorandumunda bu gün günorta saatlarından “Barış pınarı” antiterror əməliyyatının keçirildiyi hüdudlar istisna olmaqla Suriyanın Türkiyə ilə sərhədi boyu Rusiya hərbi polisi və Suriya Sərhəd Xidmətinin bölmələri yerləşdirilməlidir.