Səudiyyə Ərəbistanının təyyarələri dünən Səna hava limanını bombalayaraq, Yəmənə humanitar yardım gətirən Qızıl Xaç Komitəsi və Sərhədsiz Həkimlər Təşkilatının 2 təyyarənin daxil olmasına mane olub.
Strateq.az İranın “Səhər” kanalına istinadən bildirir ki, Səudiyyə qırıcıları dünən beynəlxalq Səna hava limanı və Əldiyləmi hava bazasını bir neçə raketlə hədəfə alıblar. Nəticədə iki yardım uçuşu ləğv edilib.
Yəmən Baş Aviasiya İdarəsi bildirib ki, Səuidyyə Ərəbistanın atdığı 4 raket aeroportun uçuş zolaqlarına düşüb. Bu isə yardım daşıyan Qızıl Xaç Komitəsi və Sərhədsiz Həkimlər Təşkilatının iki təyyarəsinin enməsinə mane olub.
Yəmən Baş Aviasiya İdarəsi bildirib ki, Ərəbistan humanitar yardımları əngəlləmək üçün daim Səna hava limanının uçuş zolaqlarını bombalayır.