XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

23 Oktyabr 2019 - 22:11

Matviyenko:"Suriya memorandumu humanitar faciənin qarşısını almağa imkan verir"

Rusiya ilə Türkiyə arasında Suriya münaqişəsinin həllinə dair imzalanan memorandum qan tökülməsinin, humanitar faciənin qarşısını almağa imkan verir.

Azərtac xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə müsahibəsində söyləyib. O əlavə edib ki, bu sənəd terrorizmlə mübarizədə bundan sonra da razılaşdırılmış və əlaqəli fəaliyyətin göstərilməsinə imkan yaradacaq.

V.Matviyenkonun fikrincə, Rusiya və Türkiyə prezidentləri arasında oktyabrın 22-də Soçidə keçirilən görüşün daha bir müsbət nəticəsi də tərəflərin Suriyanın ərazi bütövlüyünü dəstəkləməsi və bu qərarın memorandumda əksini tapmasıdır. Sənəd Suriya böhranının nizamlanmasında siyasi prosesin davam etdirilməsinə yönəldilib.

Xatırladaq ki, oktyabrın 22-də Rusiya və Türkiyə prezidentləri Suriyanın Şimal-Şərqində vəziyyətin nizama salınmasına dair memorandum imzalayıblar.