Meksikanın paytaxtı Mexikodan qərbdə yerləşən Miçoakan ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub.
Azərtac xəbər verir ki, bu barədə ştatın prokurorluğu “Twitter” səhifəsində məlumat yayıb. Məlumatda prokurorluğun əməkdaşlarının Madero bələdiyyəsində, Las-Xuntas ətrafında qəzanın səbəblərini araşdırdığı bildirilir.