XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2019 - 09:41

Livan prezidenti xalqa səslənəcək- Siyasi böhranın həlli yollarını təklif edəcək

Livan prezidenti Mişel Aun Beyrutda və ölkənin digər şəhərlərində bir həftə davam edən hökumət əleyhinə aksiyalardan sonra xalqa müraciətlə cıxış edəcək.

Trend-in məlumatına görə, bu barədə “Al-Manar” telekanalı bildirib.

Məlumata əsasən, Aun öz çıxışını Baş nazir Saad Haririnin koalisiya kabineti tərəfindən kütləvi narazılığa cavab olaraq Livan iqtisadiyyatını sabitləşdirmək üçün təcili tədbirlər proqramını təsdiqləndikdən iki gün sonra edəcək.

Baabda prezident sarayındakı bir mənbə Daily Star qəzetinə verdiyi açıqlamada, respublika başçısı öz nitqində “xalqa siyasi böhranın həlli yollarını təklif edəcəyini” deyib.