XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2019 - 21:38

Diktatorun qalıqları fəxri məzarlıqdan adi qəbiristanlığa köçürülüb –VİDEO

Oktyabrın 24-da İspaniyada diktator Fransisco Frankonun qalıqları başqa məzarlığa köçürülüb.

Onun nəşini Şəhidlər Vadisindəki xatirə kompleksindən çıxararaq Madrid yaxınlığındakı El Pardo məzarlığına aparmış və burada arvadının yanında dəfn etmişlər.

Bu proses canlı olaraq RTVE kanalında translyasiya olunub:

Eksqumasiya və təkrar dəfn qohumların iştirakı ilə həyata keçirilib. Bu prosedurda məhkəmə müstəntiqi və dövlət dəfn bürosunun heyəti də iştirak edib.

Onların adları şəxsi təhlükəsizlikləri mülahizəsi ilə məxfi saxlanır. Hesab olunur ki, onlar ifrat sağçı fəalların zorakılığına məruz qala bilərlər.

Bütün rəsmi prosedurların icrasından sonra Frankonun qalıqları üzərində heç bir dövlət simvolu olmayan yeni tabuta qoyulub.

Cənazəni Şəhidlər Vadisindəki məqbərədən onun qohumlar və yaxınları çiyinləri üstündə çıxarıblar.

Bundan sonra tabut helikopterlə yeni dəfn yerinə aparılıb. Dəfn mərasimində yalnız qohumlar iştirak ediblər.

İspaniya hökuməti Frankonun təkrar dəfni barədə qərarı ötən ilin avqustunda qəbul etmişdi.

Diktatorun qohumları bu qərardan narazı idilər, lakin Ali Məhkəmə onların şikayətini rədd edib.

Franko 36 il müddətində İspaniyanın ali baş lideri – kaudilyosu olub.

1936-1939-cu illərin vətəndaş müharibəsindən sonra Franko ölkədə sağ təmayüllü diktatura yaradıb və 1975-ci ildə baş vermiş vəfatınadək ona rəhbərlik edib.

Ölümündən sonra Frankonu Şəhidlər Vadisindəki fəxri xatirə kompleksində dəfn etmişdilər.

Onun hələ sağlığında tikintisinə başlanmış bu kompleks geniş meydan və məbədlə birlikdə İspaniya vətəndaş müharibəsinin hər iki cəbhəsindən həlak olanların abidəsi olmalıydı.

Burada həm qalib millətçilərdən, həm də məğlub olmuş respublikaçılardan bütün ölənlər dəfn olunmuşdu.

Diktatorun da burada dəfn edilməsi İspaniya sağları və solları arasında illərlə davam edən mübahisə predmetinə çevrilmişdi.

Ötən mart ayında İspaniyanın sosialist hökuməti Frankonun qalıqlarının iyun ayından gec olmayaraq köçürüləcəyini vəd etmişdi.

Diktatorun ailəsi onun qalıqlarının Madriddəki Almudena baş məbədində dəfn olunmasını istəyirdilər.

Lakin diktatorun məzarının paytaxtın turist mərkəzində ziyarətgaha çevrilməsini istəməyən hökumət bu tələbi rədd etmişdi. (azadliq.org)