XƏBƏR LENTİ

19 Fevral 2020

Digər Xəbərlər

25 Oktyabr 2019 - 09:25

Ərdoğan PKK/YPG terrorçusunun verilməsini tələb edib:"ABŞ onu Türkiyəyə verməlidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ terrorçu PKK/YPG-PYD-nin Suriyadakı komandanı Mazlum Kobanini Ankaraya verməlidir.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

“Kobani İnterpol tərəfindən “qırmızı xətt”lə axtarılır. ABŞ onu Türkiyəyə verməlidir”, – deyə Ərdoğan bildirib.

O, PKK/YPG-PYD üzvləri ilə görüşən Almaniya, Fransa, ABŞ liderlərini və siyasətçilərini tənqid edib. Türkiyə prezidenti qeyd edib ki, ABŞ lideri Donald Trampla münasibətləri yaxşı səviyyədədir, onların söhbətləri isə səmimidir.

Qeyd edək ki, Mazlum Kobani Türkiyədə onlarla insanın qətlə yetirilməsində iştirak edib. PKK rəhbəri Abdulla Öcalan onu “mənəvi övladı” hesab edir.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə “Manbij ərazisində müşahidəçi və nəzarətçi funksiyalarını həyata keçirəcək.

Qeyd edək ki, Türkiyə prezidenti noyabrın 13-də ABŞ-a rəsmi səfər edəcək. (Report)