XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

25 Oktyabr 2019 - 09:52

ABŞ Müdafiə Naziri:"Türkiyə yanlış istiqamətdə gedir"

Birləşmiş Ştatların müdafiə naziri Mark Esper Türkiyənin Suriyanın şimal-şərqindəki kürdlərə qarşı hücumunun “əsassız” olduğunu və Ankaranın “təhlükəsiz bölgə”nin patrul məsələsinin Rusiya ilə razılığından sonra Ankaranın “səhv istiqamətə doğru getdiyini” deyib.

“Türkiyə bizi çox pis vəziyyətə saldı” deyə, Esper Brüsseldə keçiriləcək NATO toplantısından əvvəl Vaşinqtonda qərargahlanan Alman Marşall Fondunda danışarkən bildirib.

Keçən həftə Türkiyənin Suriyanın şimalındakı kürd qüvvələrini çıxarmaq üçün bölgəyə hücum etdikdən sonra Birləşmiş Ştatlar bölgədə atəşkəs əldə edilməsinə yardım etdi.

Prezident Donald Tramp çərşənbə günü Türkiyənin atəşkəs razılığına əməl etməsinin ABŞ-la münsibətlərdə inkişafın olacağına inandığını deyib və əlavə edib ki, bu yaxınlarda Ankaraya qarşı sanksiyalar qaldırıla bilər. O, bölgədə sülhün məsuliyyətinin başqalarına verilməli olduğunu dedi.

“Biz onlar üçün böyük iş görümüşük” deyə, Türkiyə ilə kürdlər arasındakı münaqişəyə son qoymaq səylərini şərh edib. “Bunu keç kim yox, biz, Birləşmiş Ştatlar əldə etdik. Biz artıq gedirik. Qoy indi bu qanlı torpaqlarda başqaları döyüşsün.”

Çərşənbə günü Tramp ABŞ-ın vasitəçiliyi ilə atəşkəsi `böyük bir nəticə` olaraq alqışladığı vaxt, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Rusiya ilə ayrı bir razılaşma əldə etdiyini elan edib.

Qara Dənizin kurort Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə Ərdoğan arasında əldə edilən razılıq kürd qüvvələrinin Suriya-Türkiyə sərhədi boyunca geri çəkilməsi və Türkiyə ilə Rusiya qüvvələrinin həmin bölgərə birlikdə patrul xidmətinin həyata keçirməsini əhatə edir.

Suriyalı kürd rəsmilər prezident Trampın verdiyi şərhlərə cavab verib. Sosial mediada yayımlanan açıqlamada kürd general Məzlum Əbdi ABŞ-ın dəstəyinə və `türklərin qəddar hücumunu dayandırdığına` görə Trampa təşəkkürünü bildirib. (amerikaninsesi.org)