XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

25 Oktyabr 2019 - 13:39

İtaliyada ümumi tətil keçirilir –Səbəb

İtaliyada nəqliyyat, təhsil, tibb və digər sahələrdə fəaliyyət göstərən bir sıra həmkarlar ittifaqları cümə günü ölkə daxilində ümumi tətil elan edib.

TASS xəbər verir ki, istər dövlət, istərsə də özəl sektorda çalışanların etirazları ümumi şəraitdən və əmək haqqından narazılıqla bağlıdır.

Məlumata görə, tətil ilk növbədə nəqliyyatın işinə təsir edəcək. Belə ki, Romada elektrik kəsintisi gözlənilir, kommunal xidmətlərin işi məhdudlaşacaq. Tətil metro, yerüstü nəqliyyat, təhsil müəssisələri və muzeylərə şamil olunur. İctimai nəqliyyatın işində ciddi çətinliklər Milana da təsir edəcək.

İtaliyanın “Alitalia” aviaşirkəti, təxminən, 240 reysi təxirə salıb. (Report)