XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 October 2019 - 16:11

Türkiyədə xüsusi əməliyyat – 10 İŞİD terrorçusu saxlanılıb

Türkiyənin Adana vilayətində xüsusi əməliyyat keçirilib.

Trend-in məlumata görə, əməliyyat zamanı İŞİD terror təşkilatının 10 üzvü saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Suriya və İraq ərazisində fəaliyyət göstərən silahlı dəstələrin tərkibində olduqları müəyyən edilib.

Saxlanılan şəxslərin vətəndaşlığı açıqlanmır. Xüsusi əməliyyat zamanı onların silahlı müqavimət göstərdiyi bildirilib.

Qeyd edək ki, Türkiyənin Adana, Mersin və Tekirdağ əyalətlərində bu il iyunun 12-də 19 İŞİD silahlısı saxlanılıb.