XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2019 - 20:01

Enerji şirkətləri Aİ-də lobbiçilik fəaliyyətləri üçün 250 milyon avro xərcləyiblər

Enerji şirkətləri Avropa İttifaqında (Aİ) lobbiçilik fəaliyyətləri üçün 250 milyon avro sərf ediblər.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, BP, “ExxonMobil”, “Shell”, “Chevron” və “Total” kimi enerji şirkətləri Aİ-nin siyasətlərinə təsir göstərmək üçün 2010-cu ildən indiyədək lobbiçilik fəaliyyətlərinə 250 milyon avrodan çox vəsait xərcləyiblər.

Brüsseldə qeydiyyatdan keçmiş və 200-dək lobbiçisi olan həmin enerji şirkətləri 2014-cü ildən bəri Aİ rəsmiləri və qərar qəbul edən yüksəkvəzifəli şəxslərlə 327 görüş keçirib.