XƏBƏR LENTİ

28 Fevral 2020
27 Fevral 2020

Digər Xəbərlər

25 Oktyabr 2019 - 21:42

Türkiyə Rusiyadan “SU-35” hərbi təyyarələr almağa yaxındır –36 ədəd

Rəsmi Ankara və Moskva Türkiyəyə “SU-35” döyüş təyyarələrinin idxalına dair razılığa gəlməyin astanasındadır.

“Daily Sabah” xəbər verir ki, adıçəkilən təyyarələ aid bəzi hissələrin Türkiyədə istehsalına da başlana bilər.

Qeyd edək ki, bu ayın 22-də Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Şurasının sədri Dmitriy Şuqayev Türkiyə tərəfinə “Su-35” və “Su-37” döyüş təyyarələrinin tədarükünə dair müqavilə imzalanmasından söhbət açmağın tez olduğunu, sadəcə ilkin məsləhətləşmələrin aparıldığını bildirib.

Türkiyə tərəfinin Rusiyadan qırıcı təyyarələr idxal edə biləcəyi bu ilin 27 avqust tarixində Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Moskvaya səfərindən sonra gündəmə gəlib.

Belə ki, rusiyalı həmkarı Vladimir Putinlə birgə “MAKS-2019” təyyarə sərgisinə baş çəkən Ərdoğan “Sukhoi” seriyalı döyüş təyyarələrinə xeyli maraq göstərib, daha sonra ABŞ istehsalı “F-35”lər əvəzinə Rusiyadan “Su-35” və “Su-37”ləri idxal edəcəklərini istisna etməyib. (Report)