XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 October 2019 - 21:57

Hizbullah lideri vətəndaş müharibəsinə dair xəbərdarlıq edir

Hizbullah lideri Seyid Həsən Nəsralla cümə günü Livan prezidentinin və hökumətinin istefasını tələn edən genişmiqyaslı etirazların ölkəni xaosa və “Allah eləməmiş” vətəndaş müharibəsinə sürükləyə biləcəyi barədə xəbərdarlıq edib.

“Biz nə prezidentin, nə hökumətin devrilməsini, nə də erkən parlament seçkilərinin keçirilməsinin tərəfdarıyıq,” deyə Nəsralla bildirib.

Etiraz dalğasını “misilsiz” iqtisadi islahatlara nail olduğuna görə alqışlayan Hizbullah lideri deyib ki, Livan indi irəli getməli və təhlükəli qüvvə boşluğunun yaranmamasına çalışmalıdır.

Keçən cümə günü iqtisadiyyatı talan etdiyini deyərək, hökumətin istefası tələbi ilə Livan boyu küçələrə çıxan on minlərlə qəzəbli insan yolları bağlayıb və təkərləri yandırıb.

Livanda illərdən bəri keçirilən ən irimiqyaslı etirazlar ölkənin müxtəlif təriqətlərinə mənsub olan insanları küçələrə çıxarıb.

Müsəlman və ya xristian olmasından asılı olmayaraq, ölkənin bütün siyasi liderləri tənqidlərə məruz qalıb.

Bundan əvvəl görünməmiş bir hadisə də baş verib – şiə etirazçılar Livanın nüfuzlu Hizbullah və ölkənin cənubundakı Amal hərəkatından olan deputatların ofislərinə hücum ediblər. (amerikaninsesi.org)