XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

26 Oktyabr 2019 - 18:12

Çavuşoğlu:“Barış Bulağı” hərəkatından sonra 30 min suriyalı təhlükəsiz bölgəyə qayıdıb”

“Barış bulağı” Hərəkatında çox təəssüf ki, Almaniya bizim yanımızda yox, terror təşkilatlarının yanında oldu”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla Ankarada görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

O deyib ki, Rusiya ilə Soçi razılaşması haqqında alman nazirə məlumat verib: “Suriyalı qaçqınların könüllü şəkildə torpaqlarına dönməsində Almaniya ilə həmfikirik. Hazırda 4 qonşu ölkə olaraq suriyalıların geri qayıtması ilə bağlı toplantıya ev sahibliyi etmək istəyirik. Hazırda “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatları nəticəsində 365 min suriyalı qaçqının ölkəsinə dönüşü təmin edilib. Sonuncu “Barış Bulağı” hərəkatından sonra isə 30 min nəfərin təhlükəsiz bölgəyə qayıtması mümkün olub. Bu, BMT-nin rəqəmidir”.

Nazir həmkarı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya Kansleri Angela Merkel və Britaniya Baş naziri Boris Consonun Suriya mövzusunda nəzərdə tutulan görüşünə dair müzakirə apardığını bildirib.

Hayk Maas isə deyib ki, ciddi bir dialoqa ehtiyac var: “Fikir ayrılıqları ilə yanaşı, ortaq fikirlərimiz də var. Soçi anlaşmasının nəticələri ilə bağlı müəyyən məsələləri müzakirə etməliyik. Hərbi hərəkət baxımından Türk Hərbi Qüvvələrinin Suriyada müvəqqəti olmasınından məmnunuq”.