XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 October 2019 - 09:10

“Tramp bu gün zəruri açıqlama verəcək” –Ağ Ev

ABŞ prezidenti Donald Tramp bu gün yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 17:00-da – red) zəruri açıqlama verməyə hazırlaşır.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“ABŞ prezidenti sabah səhər saat 9:00-da Ağ Evdən zəruri açıqlama verəcək”, – deyə Ağ Evin yaydığı xəbərin mətnində bildirilir.

Daha əvvəl ABŞ lideri özünün “Twitter” səhifəsində çox əhəmiyyətli hadisə barədə paylaşım edib. Lakin Donald Tramp söhbətin nədən getdiyini açıqlamayıb.

ABŞ-ın bir sıra KİV orqanları mənbələrə istinadən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Suriyada öldürülməsi barədə xəbərlər yayıblar. Mətbuat güman edir ki, Ağ Ev rəhbəri bu hadisəni nəzərdə tutur. /Report