ABŞ prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində izləyicilərini çaşdıran post yerləşdirib.
“Bu dəqiqə taleyüklü hadisə baş verdi”, – deyə Amerika lideri yazıb.
Sosial şəbəkə istifadəçiləri Trampın istefa verdiyini fərz ediblər.
Bəziləri 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürən Hilari Klintonun həbs olunub-olunmamağı ilə maraqlanıblar. Digərləri isə təxmin ediblər ki, Tramp amerikalı reper Kanye Vestin yeni albomunun işıq üzü görməyinə sevinib. /Oxu.az