XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

10 May 2015 - 11:15

Davudoğlu : “Üzündəki maskanı çıxar”

Türkiyənin baş naziri Mersin mitinqində Səlahəttin Dəmirtaşı tənqid atəşinə tutub. Strateq.az axar.az-a istinadən xəbər verir ki, Əhməd Davudoğlu HDP-ni CHP-nin “ağzı” ilə danışmaqda ittiham edib.

O, PKK-nı nəzərdə tutaraq Dəmirtaşa sual edib: “Sənin qardaşın dağda nə edir? Niyə barış, sülh üçün çalışmır? Seçkilər yaxınlaşanda şəhərdə barış sözçüsü, seçki bitəndə terror sözçüsü olur. Belə riyakarlıq, ikiüzlülük olarmı? Maskanı üzündən çıxar”. Qeyd edək ki, iyunun 7-də keçiriləcək parlament seçkilərinə sayılı günlər qalır və Türkiyənin siyasi həyatında qızğın rəqabət gedir. Siyasi analitiklər seçkilərdə AKP-nin yenidən qalib olacağını proqnozlaşdırır.