XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2016 - 13:10

“Rusiya Gürcüstana hücum edə bilər” – [color=red]Amerikalı ekspertdən sensassion iddia

"Rusiya Gürcüstana hücum edə bilər".

Bunu “Amerikanın səsi” radiosuna müsahibəsində amerikalı ekspert Donald Censen söyləyib. Onun sözlərinə görə, Pankisi dərəsi Gürcüstanın işğalı üçün bəhanə ola bilər:

“Lavrov məhz Pankisi dərəsində terrorçuların təlim keçməsini boş yerə xatırlatmayıb. Rusiya terrorizmlə mübarizə sahəsində Qərbin müttəfiqidir və bu, ona cəzasız qalması üçün imkan yaradacaq. Yəni Rusiya burada terrorçu olduğunu təsdiq edib, Pankisiyə qoşun yeritsə, sonradan hər kəsə bunun anti-terror əməliyyatı olduğunu deyəcək. Bu müdaxilə artıq Gürcüstanın daxili işlərinə qarışmaq olacaq”.