ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin ötən 24 saat ərzində Əfqanıstanın Qəndəhar əyalətinə endirdiyi zərbələr nəticəsində radikal “Taliban” hərəkatının ən az 33 döyüşçüsü məhv edilib, 8-i yaralanıb.
Hava zərbələri Məruf və Şah Vəli Kot bölgələrinə endirilib.
Agentlik həmçinin “Taliban” a istinadən, yaraqlıların Qəndəharda Amerikaya məxsus hərbi karvanına hücum etdiyini, lakin ABŞ ordusunun bu məlumatı təsdiqləmədiyini bildirib.
Qeyd edək ki, Əfqanıstan ordusu Faryab əyalətində 50-dən çox “Taliban” hərəkatının silahlısını məhv edib. /Report