XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2019 - 22:20

Kolumbiyada hərbi helikopter qəzaya uğradı:ölənlər var

Kolumbiyada hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə “Report” RCN radiostansiyasına istinadən xəbər verir.

Qeyd edilir ki, “Bell 412” helikopteri cümə günü Kundinamarka departamentindəki Palankero aviabazasından səmaya qalxdıqdan sonra radarlardan itib. İlkin məlumata görə, hadisə nəticəsində 6 hərbçi ölüb. Onlardan 2-i zabitdir.

Qəzanın başvermə səbəbi məlum deyil. Hadisə ilə bağlı təhqiqat aparılır. /Report