XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 October 2019 - 23:50

Boris Conson İŞİD rəhbərinin öldürülməsini şərh etdi:"Bu, terrorçuluqla mübarizədə zəruri mərhələ idi"

Britaniyanın baş naziri Boris Conson İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadinin öldürülməsini terrorçuluqla mübarizədə zəruri mərhələ adlandırıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların silahlı qüvvələrinin Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirdiyini təsdiqləyib. O, bildirib ki, Suriyanın İdlib vilayətində keçirilən əməliyyat zamanı ABŞ ordusunun hərbçiləri xəsarət almayıb.