XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2019 - 09:47

ABŞ kosmosda məxfi peykinin olduğunu açıqlayıb

ABŞ-ın Hərbi Hava Qüvvələri Yer kürəsinin orbitinə məxfi peyk çıxardığını bildirib.

Bu barədə “RİA “Novosti” xəbər verir.

Qeyd edilir ki, söhbət kiçik ölçülü X-37B peykindən gedir. Məlumata görə, peyk 2017-ci ildə kosmosa çıxarılıb və 2 illik istifadədən sonra Yerə qayıdıb.

ABŞ-ın Hərbi Hava Qüvvələrinin idarə rəisi Rendi Valdenin sözlərinə görə, məxfi peykin missiyasının gedişatında araşdırma laboratoriyası üçün eksperimentlər aparılıb.

Qeyd edilir ki, daha əvvəl bu peyk barədə məlumat verilməyib. (Report)