XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

28 Oktyabr 2019 - 11:56

Əl-Bağdadinin meyiti dənizə atıla bilər –Robert Obrayn

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin meyitinin qalıqları dənizə atıla bilər.

Bu barədə CNN məlumat yayıb.

Daha əvvəl ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn da bildirib ki, “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin meyitinin qalıqları kimi, İŞİD liderinin də meyitinin qalıqları dənizə atıla bilər.

Qeyd edək ki, Üsamə bin Laden 2011-ci ildə ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb. Onun meyitinin qalıqları Ərəbistan dənizinə atılıb/APA