XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

28 Oktyabr 2019 - 13:19

Məktəblilər hepatitə yoluxdu –Məktəb yoxlanılır

Ukraynanın Çerniqov şəhərində məktəblərin birində 15 nəfər hepatit A xəstəliyinə yoluxub.

Trend-in məlumatına görə, xəstəliyə yoluxanlardan biri məktəb bufetinin işçisi, qalanları isə məktəblilərdir. Hazırda xəstəliyə yoluxanlar xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti barədə hər hansı məlumat verilməyib.

Məktəbdə isə hadisə ilə bağlı araşdırma başlayıb. Hadisədən dərhal sonra vilayət sanepidemiya idarəsi tərəfindən məktəbdə müvafiq tədbirlər görülüb.