XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2019 - 15:08

Gürcüstan Prezidentinin saytına hücum –Saakaşvilinin fotosu fonunda "Mən qayıdacağam" yazıldı

Naməlum şəxslər tərəfindən Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi internet saytına hücum olub.

Trend-in məlumatına görə, saytda Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin fotosu peyda olub. Fotonun fonunda isə “Mən qayıdacağam” yazılıb. Hücum səbəbindən saytın fəaliyyəti dayandırılıb.

S.Zurabişvilinin KİV-lərlə iş üzrə köməkçisi bildirb ki, hazırda fakt araşdırılır: “Məsələnin araşdırılmasına Təhlükəsizlik Xidməti də cəlb olunub. Çox güman ki, bu, haker hücumudur. Yaxın 1 saat ərzində hər şey aydın olacaq və problem qısa zamanda həll olunacaq”.