XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2019 - 17:28

Rusiya Səudiyyə Ərəbistanı və OPEC-lə sıx əməkdaşlığı davam etdirir –Nazirlik

Rusiya Səudiyyə Ərəbistanı və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə sıx əməkdaşlığı davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilir ki, pilotsuz uçan aparatlarla hücumlardan sonra Səudiyyə Ərəbistanında istehsalın sürətlə bərpa edilməsi bir daha sənayedə ən böyük istehsalçıların peşəkarlığını və etibarlılığını nümayiş etdirdi. Rusiya neft bazarında sabitliyin və proqnozlaşdırılmanın yaxşılaşdırılması üçün Səudiyyə Ərəbistanı və OPEC üzrə tərəfdaşları ilə fəal əməkdaşlıq edir.

Qeyd edək ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq. İclaslarda “OPEC plus” üzrə neft hasilatının daha çox azaldılması əsas müzakirə mövzusu olacaq.

Xatırladaq ki, 2018-ci il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.