XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2019 - 18:29

“YPG-nin İŞİD-çiləri pul qarşılığında azad etməsinə dair xəbərlər alırıq” –Çavuşoğlu

“YPG-nin İŞİD terrorçularını pul qarşılığında azad etməsinə dair xəbərlər alırıq”.

Bunu Türkiyə Xarici İşlər naziri  Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu məsələ Türkiyə tərəfinin nəzarəti altındadır.

Nazirin sözlərinə görə, ABŞ tərəfindən YPG terrorçularının bölgəni tərk etmələri barədə yazılı məlumat verilib: “ABŞ-la apardığımız müzakirələrdə də bunu dedik. Bölgəni tərk etməyənlər olacaqsa, onları zərərsizləşdirəcəyik. Hərəkata fasilə verməyimiz, bölgədə qalan terrorçulara heç nə etməyəcəyimiz anlamına gəlməməlidir”.

Nazir deyib ki, Soçi razılaşmasına əsasən, terrorçuların Suriyanın şimalından geri çəkilməsini araşdırmaq üçün Rusiyadan hərbi heyət gələcək. (apa)