XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2019 - 19:20

İraqda ölkə konstitusiyası dəyişdirilir –Qərar

İraq Nümayəndələr Məclisi konstitusiyanı dəyişdirmək üçün müvafiq komitə yaratmaq qərarı verərək dövlət məmurlarının bütün imtiyazlarını ləğv edib.

Sözügedən komitə yeni konstitusiya barədə təkliflərini dörd ay ərzində təqdim etməlidir.

Bununla yanaşı, deputatlar bütün əyalət məclislərini buraxmaq qərarını da veriblər. Yeni seçkilər keçirilənədək yerli hakimiyyət orqanlarına parlamentin müvafiq üzvləri tərəfindən nəzarət ediləcək.

Xatırladaq ki, oktyabrın əvvəlindən İraqda sosial problemlərə qarşı kütləvi etiraz aksiyaları keçirilir. Həmin hadisələr zamanı 150-dən artıq sakin ölüb, 3 mindən artıq xəsarət alan var. /Report