XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2019 - 21:27

Gürcüstanın telekanalları kiber hücuma məruz qalıb

Gürcüstanın “İmedi”, “Maestro”, GDS telekanalları kütləvi kiber hücuma məruz qalıb.

“İmedi” TV-nin Xəbərlər xidmətinin rəhbəri İrakli Çixladze “Facebook” səhifəsində hücum səbəbindən daxili şəbəkələrinin 20 dəqiqə ərzində iflic olduğunu, material ala bilmədiklərini, hazırda da məhdud rejimdə çalışdıqlarını bildirib.

Gürcüstanın İctimai Televiziyasının rəhbərliyi də kiber hücum haqqında məlumat yayıb. Belə ki, bir müddət kanalın saytı və şəbəkəsi, habelə radiosu fəaliyyət göstərməyib.

Xatırladaq ki, bu gün Gürcüstan prezidenti Salome Zurabişvilinin də rəsmi saytı hakerlər tərəfindən dağıdılıb. (Report)