XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2019 - 11:05

Müxalifət liderləri Putinin aşpazına 1, 4 milyon dollar ödəməlidirlər –Məhkəmə qərarı

Moskva məhkəməsinin oktyabrın 28-də çıxardığı hökmdə deyilir ki, müxalifətin iki tanınmış lideri və onların fondu prezident Vladimir Putinin şəxsi aşpazı ilə bağlı olduğu deyilən şirkətə 88 milyon rubl (1, 4 milyon dollar) təzminat ödəməlidir.

Məhkəmənin gəldiyi nəticəyə görə Aleksey Navalnının Antikorrupsiya Fondu (AF) ölkə paytaxtının orta məktəblərinə iaşə xidməti göstərən “Moskva şagirdi” şirkətinə maliyyə ziyanı vurub.

Bu barədə Navalnı özünün Instagram səhifəsində yazıb:

Antikorrupsia Fondunun üzvü Lyubov Sobol bu məhkəmə işində cavabdehlərdən biridir.

Sobol ötən yay Moskvada kütləvi etiraz aksiyalarının təşkilatçılarından biri sayılır.

AF Yevgeni Priqojının şirkətini ötən ilin dekabrında Moskva məktəblərində və uşaq bağçalarında kütləvi zəhərlənmələrə görə tənqid edən video buraxmışdı.

Kommersant qəzeti yazır ki, Rusiya İstintaq Komitəsi bu hadisəyə görə başqa bir ərzaq təchizatçısını – VITO-1 adlı şirkəti şübhəli bilirdi.

“Moskva şagirdi” şirkəti bildirib ki, Navalnının videosuna görə böyük kontraktını itirməli olub.

“Moskva şagirdi” şirkətinin xeyrinə qərar verən məhkəmə habelə AF-dən sözü gedən videonun silinməsini tələb edib.

Navalnı Instagramdakı postunda yazır:

“Bunlar məktəb və bağçalardakı uşaqcığazları zəhərləyiblər. Qarım yatalağı halları sənədləşdirib, amma cəriməni biz ödəməliyik”. (azadliq.org)