XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 19:30

Çurkin: [color=red]“Rusiya Suriyadan çıxmayacaq”
churkin

Fevralın 11-də Münhendə “Suriyaya dəstək” beynəlxalq qrupunun görüşündə Rusiya əvvəl dayandırılmış sülh danışıqlarına dair bir neçə təklif irəli sürəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bəyan edib.

“Biz danışıqlarda irəliləyişə nail olmaq üçün bəzi təkliflər hazırlayırıq, o cümlədən atəşkəs rejiminin tətbiqi ilə əlaqədar. Lakin hələ ki, Suriyada silahlı müxalifətin hücumları və ABŞ-ın rəhbərliyi altındakı koalisiyanın hava zərbələri davam edir,  Rusiya birtərəfli olaraq hərbi əməliyyatları dayandırmayacaq”, deyə V.Çurkin bildirib.