XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2019 - 13:22

Rusiyanın müdafiə naziri Yerevanda:hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə ediləcək

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanda işgüzar səfərdədir.

TASS xəbər verir ki, səfər zamanı S.Şoyqu Gümrüdəki 102-ci Rusiya hərbi bazasını yoxlayacaq.

Rusiya müdafiə nazirinin mətbuat katibi Rossiyana Markovskaya jurnalistlərə bildirib ki, Şoyqu Yerevanda erməni həmkarı David Tonoyan ilə danışıqlar aparacaq, hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcək.

O əlavə edib ki, bununla yanaşı, Ermənistanın ən yüksək siyasi rəhbərliyi ilə görüşlər planlaşdırılır.

Qeyd edək ki, S.Şoyqu MDB ölkələri Müdafiə Nazirləri Şurasının oktyabrın 30-da Bakıda keçiriləcək növbəti iclasında iştirak edəcək.

Report