XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

29 Oktyabr 2019 - 16:00

İranda universitetdə partlayış:yaralananlar var

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunun Kəvələq kəndi ərazisində Tətbiqi Elmlər Universitetinin həyətindəki binalardan birində güclü partlayış olub.

Bunu İranın Qərbi Azərbaycan vilayətinin Urmiya rayonu yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin rəisi İbrahim Şad Quşçu deyib.

İ.Ş.Quşçunun sözlərinə görə, bina Urmiya Kənd Təsərrüfatı müəssisələri inkişaf mərkəzinə məxsusdur.

İdarə rəisi əlavə edib ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Hadisənin səbəbi araşdırılır.

Trend