XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Fevral 2016 - 06:30

Rus generaldan [color=red]Ankaraya ultimatum

Britaniyanın “The Express” qəzetində Türkiyənin Suriyaya hərbi müdaxiləyə hazırlaşdığı ilə bağlı məqalə dərc olunub. BBC-nin məlumatına görə, “Bu, İŞİD-in sonudurmu? Türkiyə Suriyaya müdaxiləyə hazırlaşır, Səudiyyə Ərəbistanı quru qoşunlarını təklif edir” başlıqlı məqalədə kifayət qədər diqqətçəkən məqamlara toxunulub.

Qəzet yazır ki, Rusiya rəsmiləri Türkiyəni məxfi şəkildə Suriya ərazisinə qoşun yeritməyə hazırlaşmaqda ittiham edir. Lakin Ankara hələlik bu xəbərləri təsdiqləmir: “Türkiyənin Suriya ərazisinə birbaşa müdaxiləsi bütün münaqişənin xarakterini dəyişə bilərdi. Bu arada, Səudiyyə Ərəbistanı bəyan edib ki, ABŞ koalisiyasının Suriya ərazisində İŞİD-ə qarşı hər hansı əməliyyatı üçün öz quru qoşunlarını göndərməyə hazırdır. Bu barədə bəyanatı Səudiyyə Müdafiə naziri, briqada generalı Əhməd Asseri verib. “Səudiyyə Ərəbistanı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın tərkibində Suriyada quru əməliyyatlarında iştiraka hazırdır. Söhbət, İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlardan gedir” deyə, general bildirib”.

“The Express” yazır ki, Türkiyənin Suriyaya müdaxilə üçün formal əsası var. Belə ki, İŞİD İstanbulda intiharçı bomba partlayışları törədib. Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor Konaşenkov deyib ki, Moskvanın əlində ötən ilin oktyabr və bu ilin yanvar aylarında kosmosdan çəkilmiş fotolar var. Rusiya generalının iddiasına görə, bu peyk fotolarında Türkiyə-Suriya sərhəd-buraxılış məntəqəsi yaxınlığındakı ərazidə çox sayda əsgərin cəmləşdirildiyi görünür. Müdafiə rəsmisi bəyan edib ki, Türkiyənin suveren Suriya dövləti ərazisinə hərbi müdaxiləyə intensiv şəkildə hazırlaşmasından şübhələnməyə ciddi əsasları var.

General onu da deyib ki, Türkiyənin belə bir müdaxiləyə hazırlaşdığı gündəlik qaydada yeni müşahidələrlə təsdiq olunur. Moskva aydın şəkildə bildirib ki, Türkiyə silahlı qüvvələrinin Suriya ərazisinə hər hansı hərbi müdaxiləsi bu NATO ölkəsini Rusiya ilə üz-üzə qoyacaq.

Məqalə müəllifi yazır ki, Rusyanın Suriyadakı Latakiya hərbi bazası Türkiyə sərhəddinin 35 kilometrliyində yerləşir. Rusiya mediasında yayınlanmış peyk fotolarında Türkiyə-Suriya sərhədi boyunca uzanan vadidə Türkiyə qoşun hissələrinin və hərbi texnikasının cəmləşdirildiyi görünür: “General Konaşenkov Rusiya təyyarəsinin guya Türkiyənin hava məkanına daxil olması barədə son bəyanatları rədd edib. O deyib ki, Türkiyə bu cür çaşdırıcı bəyanatlarla, özünün Suriya sərhədindəki hərbi fəallığını pərdələməyə çalışır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Ankara, Rusiya təyyarələrinin Türkiyənin hava sərhəddini pozmasına dair indiyədək bircə sübut da təqdim edə bilməyib.

Kreml iddia edir ki, Türkiyə Suriyaya müdaxilə etmək əzmindədir ki, bu da Üçüncü Dünya Müharibəsinə təkan verə bilər”.