XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2019 - 17:57

“Taliban” hökumət qüvvələrinə hücum edib –21 polis ölüb, 5-i yaralanıb

Əfqanıstanın şimalında yerləşən Cüzcan əyalətinin Akça rayonunda “Taliban” silahlılarının təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 21 nəfər ölüb, 5 nəfər yaralanıb.

“CNNTurk” xəbər verir ki, bunu rayonun icra başçısı Qulam Sahi Sübhani bildirib.

Onun sözlərinə görə, ölənlərdən 20-si polis əməkdaşı, 2-i isə mülki şəxsdir. Hücum nəticəsində 5 polis əməkdaşı yaralanıb.

“Taliban” isə hadisə nəticəsində 27 hərbçini öldürdüklərini iddia edib/Report.