XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

29 Oktyabr 2019 - 20:47

İran ordusu hərəkətlənir –64 batalyon Qərbi Azərbaycan vilayətində hərbi təlimlərə cəlb olunacaq

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətində oktyabrın 31-i və noyabrın 1-də Bəsic (Basij) qüvvələrinin 64 batalyonunun iştirakı ilə hərbi təlimlər keçiriləcək.

Bunu İranın Qərbi Azərbaycan vilayətində İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) komandan əvəzi Allahverdi Dadaşzadə deyib.

A.Dadaşzadənin sözlərinə görə, hərbi təlimlər müdafiə, təhlükəsizlik və xilasetmə istiqamətində keçiriləcək.

Rəsmi əlavə edib ki, qüvvələrin döyüş qabiliyyətinin əks etdirilməsi və artırılması hərbi təlimlərin əsas məqsədlərindəndir/Trend.