İğtişaşlar, həmçinin dəmir yolunda sabotaj və Barselona hava limanını ələ keçirmək cəhdi nəticəsində vurulan ziyanın məbləği 7 milyon avrodan artıq təşkil edir.
Azərtac İspaniya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində ölkənin İctimai İşlər və Nəqliyyat naziri Xose Luis Abalos bildirib.
İğtişaşlar 9 ildən 13 ilədək müxtəlif müddətə məhkum edilmiş separatçı proseslərin kataloniyalı liderlərinə münasibətdə İspaniyanın Ali Məhkəməsinin hökmü ilə bağlıdır.
Oktyabrın 14-də Barselonanın El-Prat hava limanına gedən yolu bağlayan nümayişçilər yüzdən artıq reysin həyata keçirilməsinə maneçilik törədiblər. Müstəqilik uğrunda hərəkatlar həftə ərzində davam edib. Onların ardınca baş verən iğtişaşlarda 194 nəfər həbs edilib, hüquq-mühafizə orqanlarının 288 əməkdaşı yaralanıb.