XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2016 - 07:42

Daha bir ölkə Tehrana qarşı [color=red]sanksiyaları ləğv etdi

Kanada İrana qarşı sanksiyaları ləğv edib.

Azertag.az xəbər verir ki, Kanadanın Xarici İşlər naziri Stefen Dion İrana qarşı idxal, ixrac və maliyyə sahəsində qoyulan sanksiyaların nəzarətdə saxlanılmaq şərti ilə ləğv olunduğunu açıqlayıb.

S.Dion 2012-ci ildən bu vaxtadək kəsilən diplomatik əlaqələrin yenidən bərpa edilməsi üçün danışıqların aparılacağını deyib.

Qeyd edək ki, Kanada 2012-ci ildə İrana qarşı sanksiyalar tətbiq etmiş və Tehrandakı səfirliyini bağlamışdı.