XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2019 - 13:00

Suriyada azad edilmiş neft yataqları bərpa olunur –Nazirlik rəsmisindən açıqlama

Suriya ordusunun son vaxtlar azad etdiyi bölgələrdəki neft yataqları Neft Nazirliyi tərəfindən görülən tədbirlərlə istismara qaytarılıb.

Bu barədə RİA “Novosti”yə Neft Nazirliyinin Planlaşdırma və beynəlxalq əməkdaşlıq departamentinin direktoru Məhəmməd Cerudi bildirib.

O, hazırda ölkənin gündəlik neft hasilatının 24 min barelə yaxın olduğunu deyib: “Son vaxtlar azad edilən bölgələrdə dağıdılmış yataqlar aşkar edilib, onların bir hissəsi artıq bərpa olunub”. 

Onun sözlərinə görə, neft yatqlarının bərpası planı üç mərhələdən ibarətdir: “Yatağı istismara qaytarmaq üçün təcili tədbirlərdən ibarət birinci mərhələnin azad edilmiş bütün bölgələrdə həyata keçirilir. İkinci mərhələdə hasilatı daxili müharibədən əvvəlki səviyyəyə qaytarılması, üçüncü mərhələ isə yataqların yalnız yerli mütəxəssislərin gücü ilə daha da inkişaf etdirilməsi nəzərdə tutur”. /Report