XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

30 Oktyabr 2019 - 13:38

Atambayevin keçmiş köməkçisinə 7 il həbs kəsilib – Məhkəmə

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin keçmiş köməkçisi dələduzluq ittihamıyla 7 il həbs cəzasına məhkum edilib.

Oktyabrın 30-da Oktyabr Rayon Məhkəməsi İkramjan İlmiyanovu 2017-ci ilin prezident kampaniyası dövründə 150 min dolları mənimsəməkdə təqsirli bilib.

Məhkəmə İlmiyanovun əmlakının müsadirəsi və 2 min 240 dollar ekvivalentində cərimələnməsi haqda da qərar çıxarıb.

İlmiyanov son sözündə deyib ki, onun təqsiri sübuta yetirilməyib və məhkəməni “ədalətli qərar verməyə” çağırıb.

O, bir il öncə Rusiyanın Tatarıstan regionunda saxlanıb və Qırğızıstana ekstradisiya olunub.

Ilmiyanov Atambayevin yaxın məsləkdaşlarından idi. Əvvəlcə onun şəxsi sürücüsü işləyib, sonradan prezident müşaviri vəzifəsinə yüksəlib.

63 yaşlı Atambayev isə avqustda, tərəfdarlarının təhlükəsizlik qüvvələri ilə ikigünlük qarşıdurmasından sonra polisə təslim olub. Keçmiş prezident qətl planlaşdırma, kütləvi iğtişaşların təşkili və digər ittihamlarda suçlanır.

Özü isə ittihamları rədd edərək onları siyasi motivli adlandırır. (azadliq.org)