XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

30 Oktyabr 2019 - 17:33

Cenevrədə Suriya konstitusiya komitəsinin ilk iclası başlayıb- Nələr müzakirə olunacaq?

Cenevrədə Suriya konstitusiya komitəsinin birinci iclası keçirilir.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, prosedura əsasən, iclası BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Heyr Pedersen açıb. Sonra isə iki həmsədr – Dəməşq nümayəndə heyətinin rəhbəri Əhməd Kuzbarinin və müxalifət nümayəndələrinin rəhbəri Hadi əl-Bahranın çıxışı gözlənilir. Bundan sonra iclas qapalı rejimdə davam edəcək.

Suriya müxalifətinin nümayəndə heyətinin nümayəndəsi Əbdülhakim Bəşərin sözlərinə görə, konstitusiya komitəsinin əsas işi 45 nəfərlik kiçik qrup tərkibində noyabrın 4-də başlayacaq. Buna qədər isə nümayəndə heyətləri təşkilati məsələləri müzakirə edəcəklər.

Komitənin əsas məqsədi Suriyada demokratik seçkilərin keçirilməsinə və münaqişənin siyasi tənzimlənməsi prosesinə əsas yarada biləcək konstitusiya islahatları hazırlamaqdır.

Xatırladaq ki, komitə 180 nəfərdən ibarətdir. Onların 50-si Suriya hökumətini, 50-si müxalifəti, digər 50-si isə vətəndaş cəmiyyətini təmsil edir. Komitənin yaradılması barədə qərar 2018-ci ildə qəbul olunub.