XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2019 - 18:56

Ərdoğan noyabrda ABŞ-a gedəcək?- Hələlik bəlli deyil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ-a planlaşdırılan səfəri barədə yekun qərar qəbul etmədiyini deyib.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə lideri Birləşmiş Ştatlara səfərinin hələlik sual altında olduğunu bildirib.

Ötən həftə Rəcəb Tayyib Ərdoğan Prezident Donald Trampın dəvəti ilə noyabrın 13-də ABŞ-a səfər etmək niyyətində olduğunu demişdi.

Qeyd edək ki, bir qədər əvvəl rəsmi Ankara ABŞ Konqresinin Nümayəndələr Palatasının uydurma erməni soyqırımı və Türkiyəyə qarşı sanksiyalar barədə qərarının iki ölkənin strateji münasibətlərinə zidd olduğunu və bu münasibətlərə zərbə vurduğunu bildirib.