XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2019 - 22:33

Gürcüstan hökuməti kiberhücumların mənbəyini axtarır- Nazirdən açıqlama

Kiber cinayətkarlıq XXI əsrin ən ciddi problemlərindən biridir. Bu gün hətta inkişaf etmiş ölkələr belə kiber hücumlara məruz qalırlar.

Azərtac xəbər verir ki, bu fikirləri Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri bir neçə gün əvvəl ölkənin ali dövlət və hökumət strukturlarının rəsmi saytlarına edilən kiber hücumlarla bağlı söyləyib. Nazirin sözlərinə görə, haker hücumları ilə əlaqədar konkret nəticələr verəcək araşdırma aparılır.

Nazir deyib: “Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi birlikdə bu sahədə işləyir. Prosesdə tərəfdaşlarımız da iştirak edirlər və onlar da sözügedən kiber hücumun qaynağını araşdırırlar”.

Xatırladaq ki, oktyabrın 28-də Gürcüstan Prezidentinin, Batumi və Kutaisi məhkəmələrinin rəsmi saytları da daxil olmaqla, ümumilikdə 2 minə yaxın təşkilatın veb–səhifəsi kiber hücuma məruz qalıb.