XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2019 - 10:42

Pakistanda qatarda yanğın:62 nəfər ölüb, onlarla xəsarət alan var

Pakistanda sərnişin qatarında güclü yanğın olub.

“Report” xəbər verir ki, bu barədə “Geo TV” Pakistanın dəmir yolu şirkətinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 62 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, yanğına qaz balonunda baş verən partlayış səbəb olub. O, bildirib ki, qaz balonu yemək hazırlamaq üçün istifadə olunub.

Güclü alov qatarın 3 vaqonunu bürüyüb. Sərnişin qatarı Kəraçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edirmiş.