Suriyanın Afrin bölgəsində bazarda terror hücumu nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
Məlumatı “Sabah” yayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə “Zeytun budağı” antiterror əməliyyatı nəticəsində Afrini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləyib. Hazırda Afrin Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun nəzarəti altındadır/Repot.