XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2019 - 14:04

Hindistanda Cammu və Kəşmir ştatının yerində iki müttəfiq ərazi yaradılıb –Açıqlama

Hindistan hökumətinin ölkənin şimalında müttəfiq Cammu-Kəşmir və Ladakh ərazilərinin yaradılması barədə qanunu formal olaraq qüvvəyə minib.

NDTV telekanalı xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi Cammu və Kəşmir ştatına xüsusi status verən konstitusiyanın 370-ci maddəsinin regiona yalnız separatçılıq və terror gətirdiyini deyib.

“Bu maddə səbəbindən regionda baş qaldıran münaqişə son 30 il ərzində 40 min insanın həyatına son qoyub”, – deyə Hindistan lideri bildirib.

Xatırladaq ki, avqustun 5-də Nyu-Dehli konstitusiyanın 370-ci maddəsinin aradan qaldırılaraq Cammu və Kəşmir ştatının ləğv olunduğunu və bu regionda Cammu-Kəşmir və Ladakh adlı iki müttəfiq ərazi yaradıldığını elan edib. Qonşu Pakistan Hindistanın bu qərarını sərt tənqid edib. Bundan sonra regionda gərginlik daha da artıb/Azərtac.